“Çelsi” gənc fransız müdafiəçini transfer radarına saldı
İngiltərənin "Çelsi" futbol klubu Fransanın "Renn" komandasında çıxış edən 20 yaşlı müdafiəçi Jeremi Jakeni transfer siyahısına daxil edib.
meqale.com-ın məlumatına görə, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano xəbər verib.
Məlumatda bildirilir ki, London təmsilçisi artıq "Renn" ilə ilkin danışıqlara start verib və transferlə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Jeremi Jake cari mövsümdə bütün turnirlər daxil olmaqla 17 matçda forma geyinib. Gənc futbolçunun bazar dəyəri hazırda təxminən 20 milyon avro olaraq qiymətləndirilir.