IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb
Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin "Shura Council"nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb.
Bu barədə meqale.com xəbər verir.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil Mikayılova ilə görüş keçirilib.
Görüşdə dünyada parlamentlərarası münasibətlərin mövcud vəziyyəti və IPU-nun prioritet fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin Azərbaycan və Qətər parlamentləri arasındakı yüksək səviyyəli münasibətlər vurğulanıb.
Görüş zamanı vurğulanıb ki, güclü ikitərəfli əlaqələr parlamentlərarası əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qətərin Beynəlxalq Parlamentlərarası İttifaq çərçivəsində də bir-birini dəstəklədiyi xüsusi olaraq qeyd olunub.
meqale.com