"Mançester Yunayted" "Mançester Siti"ni məğlub etdi

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının (İPL) 22-ci turunda ev oyununda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının (İPL) 22-ci turunda ev oyununda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.

meqale.com xəbər verir ki, prinsipial derbidə Brayan Mbemo (65-ci dəqiqə) və Patrik Dorqu (76) fərqləniblər.

"Mançester Yunayted" yeni baş məşqçi Maykl Kerrik ilə ilk matçını keçirib. Qeyd edək ki, Ruben Amorim yanvarın 5-də işdən azad olunub, o zaman baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Darren Fletçer icra edib, yanvarın 13-də isə Kerrik komandanın baş məşqçisi təyin olunub.

Beləliklə, "Mançester Yunayted" "Mançester Siti"dən revanş ala bilib. Xatırladaq ki, ilk oyunda "Mançester Yunayted" rəqibinə 0:3 hesabı ilə məğlub olub.

"Mançester Siti" İPL-in 12-ci turunda "Nyukasl"a 1:2 hesabı ilə uduzduğu 22 noyabrdan bəri ilk məğlubiyyətini alıb.

"Qırmızı şeytanlar" qələbə sayəsində 35 xalla turnir cədvəlində dördüncü yerə yüksəliblər. "Mançester Siti" ikinci pillədə qərarlaşıb (43), "Arsenal" isə liderlik edir (49).