Konfrans Liqasının püşkü atıldı
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
meqale.com xəbər verir ki, Türkiyənin turnirdəki yeganəə təmsilçisi "Samsunspor" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək. Qalib gələn komandalar 1/8 finala yüksələcək.
"KuPS" (Finlandiya) - "Lex" (Polşa) "Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə) "Şkendiya" (Şimali Makedoniya) - "Samsunspor" (Türkiyə) "Siqma" (Çexiya) - "Lozanna" (İsveçrə) "Noa" (Ermənistan) - "Alkmaar" (Niderland) "Yagelloniya" (Polşa) - "Fiorentina" (İtaliya) "Drita" (Kosovo) - "Selye" (Sloveniya) "Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya)
İlk oyunlar 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.