Hər müştəri bu çantanı ala bilməz - Əvvəlcə yoxlanılmaq lazımdır - FOTO

Lüks moda brendi "Hermes" müştərilərinin məşhur Birkin çantasını almağa "layiq" olub-olmadığını müəyyən etmək üçün onların ev ünvanlarını və sosial media hesablarını izləməkdə ittiham olunur.

meqale.com xarici mətbuata istinadla xəbər verir ki, Fransız moda nəşri "Glitz" tərəfindən aparılan araşdırma "Hermes" işçilərinin potensial müştərilərin ünvanlarını "Google" vasitəsilə araşdırdığını, eyni zamanda onların sosial şəbəkə hesablarını yoxladığını üzə çıxarıb. Məqsəd müştərinin kifayət qədər nüfuzlu həyat tərzinə sahib olub-olmadığını müəyyənləşdirməkdir.

İddialara əsasən, Birkin çantası əldə edildikdən sonra da müştərilər izlənir. Əgər çantanın sonradan satışa çıxarıldığı aşkar edilərsə, həm müştəri, həm də satışı həyata keçirən işçi qara siyahıya salınır.

Araşdırmada qeyd olunur ki, "Hermes"də "hər yeni müştəri avtomatik şübhəli sayılır". İşçilər "düzgün müştəri"ni müəyyən etmək üçün bahalı saatlar (Audemars Piguet, Richard Mille) kimi detallara diqqət yetirir, bəzi dəbdəbəli Rolex modelləri isə etimadsızlıq yarada bilir.