İstanbul nəhəngi "Real Madrid"in ulduzunu ALIR

"Real Madrid"in məşhur müdafiəçisi David Alaba gələcək karyerasını Türkiyədə qurmaq ehtimalı ilə gündəmə gəlib.

İstanbul nəhəngi
"Real Madrid"in məşhur müdafiəçisi David Alaba gələcək karyerasını Türkiyədə qurmaq ehtimalı ilə gündəmə gəlib.

meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul təmsilçisi avstriyalı futbolçu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Alabanı transfer etmək üçün bütün mümkün variantları dəyərləndirəcək.

"Transfermarkt"ın məlumatına əsasən, Alabanın transfer qiyməti 2019-2020-ci illərdə 65 milyon avroya qədər yüksəlmişdi. Hazırda 33 yaşlı müdafiəçinin bazar dəyəri 4 milyon avro olaraq göstərilir.

Qeyd edək ki, Alaba 2021-ci ildə "Bavariya"dan azad agent statusu ilə "Real Madrid"ə transfer olunub. İspaniyada çıxış etdiyi müddətdə o, bir neçə ciddi zədələr alaraq xeyli vaxtı meydanlardan kənarda keçirmişdi.