Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı - FOTO

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb.

Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı - FOTO
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb.

meqale.com xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.

H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib.

"Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpasına qərar verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında" qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB" kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

"Səkkiz" serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.