"Sabah" doqquz qolla qalib gəldi

Misli Premyer Liqasının təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.

Misli Premyer Liqasının təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.

meqale.com xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə bölgə kollektivinin qapısından Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov keçiriblər.