Şəmkirdə yük maşını ağaca çırpıldı - ölən var
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)