Tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi vəhşiliklərin real mənzərəsini ortaya qoyacaq - Abbas Abbasov
Bu konfrans yalnız akademik müzakirə və ya simvolik bir tədbir deyil. Konfrans çərçivəsində zikhlərə qarşı ayrı-seçkiliyin tarixi kökləri və ədalətə nail olmaq uğrunda davam edən mübarizə dərindən təhlil olunacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu fikirləri bu gün Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.
"Söylədiyim sözlər zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının kobud şəkildə pozulmasını və törədilən vəhşilikləri tam mənada ifadə etməyə yetmir", - deyə o qeyd edib.
A.Abbasov əlavə edib ki, sərgi materialları, tarixi faktlar və şahid ifadələri bu problemin real və obyektiv mənzərəsini ortaya qoyacaq.
"Bakı Təşəbbüs Qrupu son iki ildə 30-dan çox beynəlxalq konfrana təşkil edib. BTQ 20-dən çox ölkə ilə əməkdaşlıq qurub", - deyə o qeyd edib.
meqale.com