“Buraya adam da düşə bilər, maşın da...” - Rəsmi açıqlama - VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub.
meqale.com qafqazinfo-ya istinadla xəbər verir ki, çökmə nəticəsində yolda çuxur yaranıb.
Yaranan çuxur vətəndaşların narahatlığına səbəb olub. Onlar bildiriblər ki, sözügedən yolda hər hansı hadisə baş versə, ölümlə nəticələnə bilər: "Bu çuxura adam da düşə bilər, maşın da. Həmin hissə çat verib. Dünən AYNA-ya zəng edib demişəm ki, buraya yol nişanı qoyulsa, yaxşı olar".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, AAYDA-nın əməkdaşları hazırda çökmə baş verən ərazidədirlər: "Məsələni araşdırmaq üçün qazıntı işləri gedir. Sözügedən ərazidə bərpa işləri aparılır. Həmin nöqtəyə haradansa su sızıb, torpağın yuyulması ilə də çuxur əmələ gəlib".
Mədinə Useynova
Videonu təqdim edirik: