Məşhur aktrisanın oğlu cinsini DƏYİŞDİRDİ - VİDEO

1990-cı illərdə şöhrət qazanan türkiyəli aktrisa Çiçek Dilligil və müğənni Bora Öztaprakın oğlu Ardahan haqqında yayılan xəbər gündəmə damğa vurub.

Məşhur aktrisanın oğlu cinsini DƏYİŞDİRDİ - VİDEO
1990-cı illərdə şöhrət qazanan türkiyəli aktrisa Çiçek Dilligil və müğənni Bora Öztaprakın oğlu Ardahan haqqında yayılan xəbər gündəmə damğa vurub.

meqale.com xəbər verir ki, məlumata görə, uzun müddətdir ABŞ-da yaşayan Ardahan cinsiyyət dəyişikliyi prosesindən keçib və artıq Ayda adını daşıyır. Onun yeni görüntüləri sosial mediada sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Məşhur sənətçi cütlüyü isə övladlarını tam şəkildə dəstəklədiklərini açıqlayıb. Onlar bildiriblər ki, Ayda bütün qərarlarını ailəsinin sevgisi və dəstəyi ilə verib və bundan sonra da onu yalnız irəliyə aparacaq bu prosesdə yanında olacaqlar.

Ailənin bu mövqeyi sosial şəbəkələrdə həm müsbət reaksiyalar, həm də geniş müzakirələr yaradıb.