Pakistanda fişəng fabrikində partlayış - yeddi nəfər ölüb
Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb, daha 7 nəfər yaralanıb.
meqale.com xəbər verir ki, hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib. Fabrikin binasına ciddi ziyan dəyib.