Son zamanlar “8-12” yaş arası uşaqlarda bel və boyun ağrılarının səbəbi
"Son zamanlar 8-12 yaş aralığındakı uşaqlarda bel və boyun ağrıları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb.
Halbuki, illər öncə uşaqlarda belə problemlər olmurdu. Bunu fizioterapevt Səidə Kərimova "Xəzər xəbər"ə müsahibəsində deyib.
meqale.com xəbər verir ki, həkim səbəb olaraq bildirdi ki, uşaqların çantaları kifayət qədər ağırdır. Çiyin ağrıları isə xüsusən ona görə yaranır ki, ağır çantaları daşıyarkən, kəmərləri uşağın yumşaq toxumasını sıxıb kəsir.
Həkim bildirdi ki, bu yaşda uşaqlar oturanda, xüsusilə də dərs oxuyarkən, qamətini dik tutmalıdır.