Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi - Reanimasiyadadır - FOTO
Türkiyəli aktyor Murat Cemcir evdə özünü pis hiss etdikdən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
meqale.com xəbər verir ki, daxili qanaxma diaqnozu qoyulan məşhur aktyorun bir həftədir reanimasiyada olduğu öyrənilib.
"İşlər Güçler" (İşlər Güçler), "Kardeş Payı" (Qardaş Payı) və "Düğün Dernek" (Toy Dərnəyi) kimi film və televiziya seriallarındakı rolları ilə tanınır.