Liftə yağış suyu dolur, betonlar qopur: Bina niyə təmir edilmir?

Xətai rayonunun Seyid Əzim Şirvani küçəsi 10 ünvanındakı bina uzun illərdir təmirsiz qalıb.

Liftə yağış suyu dolur, betonlar qopur: Bina niyə təmir edilmir?
Xətai rayonunun Seyid Əzim Şirvani küçəsi 10 ünvanındakı bina uzun illərdir təmirsiz qalıb.

meqale.com xəbər verir ki, sakinlər bildirib ki, ətrafdakı binalar yenilənsə də, onların yaşadıqları tikili diqqətdən kənarda saxlanılır.

"1981-ci ildən burada yaşayırıq, bu müddət ərzində heç bir dövlət qurumu bina ilə bağlı təmir aparmayıb, hər şeyi özümüz etmişik", - sakinlərdən biri bildirib.

Sakinlərin sözlərinə görə, beton hissələr qopub uşaqların üstünə düşür, yağış yağanda isə lift su ilə dolur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən qeyd olundu ki, son illər rayonda bir çox binalarda təmir aparılıb və proses davam edir. Sözügedən bina da gələcək təmir planına daxil edilib.