44 əcnəbi Gürcüstandan deportasiya edildi - Azərbaycanlılar da var
Son günlər ərzində Gürcüstandan 44 nəfər əcnəbi deportasiya edilib.
meqale.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.
Həmin şəxslər Türkiyə, Azərbaycan, İran, İordaniya, Pakistan, Çin, Rusiya, Ermənistan, Nigeriya, Türkmənistan, Qana, İraq, Yəmən, Misir və Livan vətəndaşlarıdır. Yerli qanunvericiliyə uyğun olaraq, Gürcüstandan qovulan əcnəbilərin ölkəyə girişi qadağan edilib.
Məlumatda qeyd olunub ki, son bir ay ərzində Gürcüstandan deportasiya olunmuş xarici ölkə vətəndaşlarının sayı 152 nəfər təşkil edib.