Kreml: Putin sabah Uitkoffla görüşəcək
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffla sabah təkbətək görüş keçirəcək. meqale.com xəbər verir ki, onun sözlərinə görə, görüş dekabrın 2-də günorta saatlarında planlaşdırılıb.
Peskov əlavə edib ki, Putin Rusiya-ABŞ danışıqlarına hazırlıq çərçivəsində bu gün bir neçə qapalı görüş də keçirmək niyyətindədir.