Rusiya Dnepri vurdu: Ölənlər və çox sayda yaralananlar var
Ukraynanın Dnepr şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb.
meqale.com xəbər verir ki, Rusiya ordusunun Dnepr şəhərinə raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının səlahiyyətli şəxsi Vladislav Qayvanenko "Telegram" hesabında məlumat verib.
Onun bildirdiyinə görə, hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir.