Vasif Məmmədəliyevin xanımı vəfat etdi

Mərhum şərqşünas-alim, professor Vasif Məmmədəliyevin həyat yoldaşı Qumru Əliyeva vəfat edib.

Vasif Məmmədəliyevin xanımı vəfat etdi
Mərhum şərqşünas-alim, professor Vasif Məmmədəliyevin həyat yoldaşı Qumru Əliyeva vəfat edib.

meqale.com Teleqraf-a istinadən xəbər verir ki, Q.Əliyeva ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhumun üç mərasimi sabah "Təzəpir" məscidində təşkil olunacaq.

Qeyd edək ki, Qumru Əliyeva Sovet dönəmində kənd təsərrüfatı naziri olan Teymur Əliyevin qızıdır.

Xatırladaq ki, Vasif Məmmədəliyev 2019-cu ildə 77 yaşında dünyasını dəyişmişdi.