Ötən il vəfat edən tələbələrin sayı açıqlanıb

2022-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ölüm statistikası açıqlanıb.

Ötən il vəfat edən tələbələrin sayı açıqlanıb
2022-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ölüm statistikası açıqlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, ötən il 72 tələbə vəfat edib. Onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.