Sərbəst güləşçilər arasında qaliblər açıqlandı - FOTO
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam etməkdədir.
meqale.com xəbər verir ki, növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyən olunub.
57 kq-da İslam Bazarqanov final görüşündə Vasif Bağırovu məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Məhəmməd İsmayılov və Elman Ağayev isə bürünc medallara layiq görülüblər.
65 kq çəki dərəcəsində Rəşid Babazadə finalda Musa Ağayevi üstələyərək ölkə çempionu olub. Bu çəkidə bürünc medalları Əli Rəhimzadə və Murad Haqverdiyev əldə ediblər.
74 kq-da Turan Bayramov final qarşılaşmasında Ağanəzər Novruzovu məğlub edərək çempionluğa yüksəlib. Bürünc medallar Nurlan Ağazadə və Musa Verdiyevə nəsib olub.
86 kq-da Arseniy Djioyev həlledici görüşdə Orxan Abasovdan üstün olub. Bürünc mükafatlar Əşrəf Aşırov və Nəsib İsayevə qismət olub.