"Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb"
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovun ona aldığı hədiyyəni izləyiciləri ilə bölüşüb.
meqale.com xəbər verir ki, sənətçi həyat yoldaşının ona son model telefon bağışladığını bildirib.
"Həmişə özüm almışam, həyat yoldaşımın almasını gözləməyə səbrim çatmayıb. Ancaq bu dəfə o səhvi etmədim, gözlədim o alsın" deyə, Xuraman bildirib.
İfaçı Elçindən digər istəyini də yazıb. O, bildirib ki, böyük kamera istəyir:
"Kamera istəyirəm ki, kliplərimi çəksin. Boynuna qoyuram".