61 yaşlı qadın evinin həyətində ölü tapıldı
Ucarda qadın evində ölü tapılıb.
meqale.com xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Pəri Həmid qızı Əsgərovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.