Milli Qəhrəman "Fred Asif"in bacısı vəfat etdi
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif" - red.) bacısı Tahirə Yusifqızı vəfat edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Fred Asif"in qardaşı Ədalət Məhərrəmov məlumat verib.
Milli Qəhrəmanın bacısı Hövsan qəsəbəsində, "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.