Neymar bu məşhur kluba keçə bilər
Braziliyanın "Santos" klubunda forma geyinən Neymarın gələcək karyerası ilə bağlı maraqlı iddialar ortaya çıxıb.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə ölkənin digər aparıcı klubu "Flamenqo" yaxından maraqlanır. Bildirilir ki, "Santos" rəhbərliyi Neymarla mövcud müqavilənin müddətini daha bir il uzatmağı planlaşdırsa da, "Flamenqo" futbolçunu heyətinə qatmaq niyyətindədir.
Məlumata əsasən, hazırda "Flamenqo"nun bir neçə üzvü Neymarı "qırmızı-qaralar"ın sıralarına qoşulmağa razı salmaq üçün danışıqlar aparır.
Qeyd edək ki, Neymar futbol karyerasına məhz "Santos"un akademiyasında başlayıb və bu klubun yetirməsidir.