“Barselona”nın futbolçusunu güllələdilər - FOTO

Ekvadorun "Barselona" klubunda çıxış edən futbolçu Mario Pineyda qətlə yetirilib.

“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
Ekvadorun "Barselona" klubunda çıxış edən futbolçu Mario Pineyda qətlə yetirilib.

meqale.com-ın məlumatına görə, 33 yaşlı oyunçu Quayakil şəhərində mağaza yaxınlığında silahlı hücuma məruz qalıb. Naməlum şəxslər Pineydaya bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Yerli mətbuatın yazdığına görə, hadisə zamanı Pineydayanın həyat yoldaşı da öldürülüb, anası isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mario Pineyda təxminən 10 il ərzində "Barselona" klubunun formasını geyinib. O, bu müddət ərzində komanda ilə iki dəfə ölkə çempionu titulunu qazanıb.