Qubada sərnişin avtobusu ana və övladını vurdu - ölən var

Qubada sərnişin avtobusu ana və övladını vurub.

Qubada sərnişin avtobusu ana və övladını vurdu - ölən var
Qubada sərnişin avtobusu ana və övladını vurub.

meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.