Mühərrikin ömrünü səssizcə "yeyən" maddə - Litri 5 manatdan başlayır

Köhnə antifriz avtomobil üçün ciddi təhlükə yarada bilər. Avtomobildə vaxtında dəyişdirilməyən antifriz mühərrik üçün ciddi problemlərə səbəb ola bilər.

Mühərrikin ömrünü səssizcə
Köhnə antifriz avtomobil üçün ciddi təhlükə yarada bilər. Avtomobildə vaxtında dəyişdirilməyən antifriz mühərrik üçün ciddi problemlərə səbəb ola bilər.

meqale.com xəbər verir ki, bu barədə ekspert Roman Timaşov danışıb.

O bildirib ki, köhnəlmiş antifriz qoruyucu xüsusiyyətlərini itirir və bu, mühərrikdə korroziyaya yol açır. Nəticədə daxiliyanma mühərrikinin kanalları pas məhsulları ilə tutulur və bəzi hallarda silindr başlığındakı kanallar tamamilə sıradan çıxır.

Köhnə antifriz həmçinin yağlayıcı xüsusiyyətlərə malik olmur, bu isə su nasosunun podşipnikinin sıradan çıxmasına səbəb ola bilər. Mayenin xüsusiyyətləri dəyişdikdə rezin contalar və şlanqlar zədələnir, nəticədə sızmalar yaranır.

Ekspert qeyd edib ki, antifrizin donma və qaynama temperaturu da dəyişə bilər. Donma halında mühərrik bloku zədələnir, qaynama isə mühərrikin həddindən artıq qızmasına gətirib çıxarır.

Roman Timaşov bildirib ki, antifriz texniki qulluq qaydalarına uyğun olaraq vaxtında dəyişdirilməlidir. Klassik antifrizlər adətən 2-3 ildən bir, müasir soyuducu mayelər isə 10 ilə qədər istifadə oluna bilər. Avtomobil intensiv istismar edilirsə, dəyişmə müddəti iki dəfə azaldılmalıdır.