Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü keçirildi
8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü baş tutub.
meqale.com xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan, Amerika tərəfdən isə ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter çıxış edib.
Tərəflər əldə olunmuş konkret razılaşmaların praktiki həyata keçirilməsi üçün ekspertlər səviyyəsində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.