Milli Həmrəyliyə futbol mesajı: “Şuşa” PFK ilə “Görədil” FK üz-üzə gəlir

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə futbolsevərlər üçün xüsusi yoldaşlıq oyunu keçiriləcək.

Milli Həmrəyliyə futbol mesajı: “Şuşa” PFK ilə “Görədil” FK üz-üzə gəlir
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə futbolsevərlər üçün xüsusi yoldaşlıq oyunu keçiriləcək.

meqale.com xəbər verir ki, qarşılaşma səhər saat 10:00-da baş tutacaq və oyunda "Şuşa" PFK ilə "Görədil" FK komandaları üz-üzə gələcək.

Bu görüş təkcə idman hadisəsi kimi deyil, eyni zamanda milli birlik və həmrəyliyin futbol meydanında ifadəsi kimi dəyərləndirilir. Qarşılaşmada əsas məqsəd bayram ovqatı fonunda sağlam rəqabət, dostluq və fair-play prinsiplərini ön plana çıxarmaqdır.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən "Görədil" FK qarşıdakı dövrdən etibarən rəsmi olaraq "Şuşa" PFK adı altında yarışlarda iştirak edəcək. Bu addım klubun tarixi və mənəvi dəyərlərə bağlılığının göstəricisi kimi qiymətləndirilir.

Milli Həmrəyliy Gününə həsr olunan bu yoldaşlıq oyununun futbol ictimaiyyəti tərəfindən maraqla qarşılanacağı gözlənilir. Qarşılaşma həm meydandakı mübarizə, həm də daşıdığı simvolik məna baxımından xüsusi əhəmiyyət kəsb edir.