İnfarkt keçirənlərin ortaq vərdişi

Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlarda geniş rast gəlinən vərdişlərdən biridir.

İnfarkt keçirənlərin ortaq vərdişi
Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlarda geniş rast gəlinən vərdişlərdən biridir.

meqale.com xəbər verir ki, bunu britaniyalı kardioloq Sana Sadoksay "Daily Mirror" nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, yaşı və həyat tərzi fərqli olan bir çox pasiyentin tibbi keçmişində infarktdan əlavə ümumi bir xüsusiyyət müşahidə edilib. Belə ki, həmin şəxslər səhər saatlarında uzun müddət hərəkətsiz qalır, yataqdan qalxdıqdan sonra dərhal oturaq vəziyyətə keçir, telefonla məşğul olur və daha sonra günün böyük hissəsini yenə oturaq şəraitdə keçirirlər.

Kardioloq qeyd edib ki, bu cür həyat tərzi qarın nahiyəsində piylənməyə, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsir göstərən gizli iltihabi proseslərin yaranmasına səbəb olur.

Sana Sadoksay bildirib ki, bu riskləri azaltmaq üçün səhərlər qısa müddətli fiziki aktivlik kifayətdir. Söyləyib ki, cəmi 5 dəqiqəlik yüngül gimnastika, dartınma hərəkətləri, sürətli gəzinti və ya yüngül qaçış qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin səviyyəsini sabitləşdirir və ürəyi qoruyur.