Tanınmış aktrisa da saxlanıldı - FOTO

İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatının üçüncü dalğası keçirilib.

Tanınmış aktrisa da saxlanıldı - FOTO
İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatının üçüncü dalğası keçirilib.

meqale.com xəbər verir ki, əməliyyat nəticəsində aktrisa Ezgi Eyüboğlu da daxil olmaqla 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslər və ittihamlar

Eser Küçükerol və İsmail Ahmet Akçay - "Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti", Saadet Ezgi Eyüboğlu - "Narkotik maddələrin istifadəsi üçün alınması", Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü - "Fahişəliyə təhrik etmək və asanlaşdırmaq"

Ev axtarışlarında aşkar edilənlər - 3 sənədsiz tapança, 111 narkotik həbi, 4 ədəd kristal metamfetamin, çoxsaylı narkotik ləvazimatları və narkotik dəyirmanı, yuxarı və aşağı hissələrində 100 dollarlıq əskinasların olduğu 9 yığın boş əskinas, orta hissələrində kəsilmiş 19 saxta dollar

Əməliyyat media sektorundakı məşhur adları hədəf alan istintaq çərçivəsində davam edir.