Bu vaxta qədər yoluxucu olduğu bilinmirdi - Qadınlardan kişilərə keçirmiş
Prostatitin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edilib.
meqale.com xəbər verir ki, xroniki prostatit cinsi əlaqə zamanı partnyora keçə bilən bakteriyalarla bağlı ola bilər.
Bu barədə uroloq, ali kateqoriyalı həkim Sergey Korolyov danışıb. Onun sözlərinə görə prostatitə səbəb olan bakteriyalar qadınlarda sistit yaradan mikroorqanizmlərlə eyni ola bilər və qorunmayan cinsi əlaqə zamanı ötürülə bilər.
Həkim qeyd edib ki, sistitin əsas səbəbi çox vaxt bakteriyalardır. Bu mikroblar sidik kanalına düşdükdə qadınlarda sistitə, kişilərdə isə prostatitə səbəb ola bilər.
Korolyovun sözlərinə görə, kişilərdə sistit də yarana bilər, lakin daha çox prostatit müşahidə olunur. Hər iki xəstəliyin əlamətləri oxşardır: tez-tez və ağrılı sidiyə getmə, az miqdarda sidik ifrazı, aralıq nahiyəsində küt ağrılar.
Mütəxəssis bildirib ki, bu bakteriyalar cinsi əlaqə zamanı partnyora keçə bilər. Xüsusilə tez-tez partnyor dəyişənlərdə və ya xroniki prostatiti olan şəxslə qorunmayan əlaqədə olan qadınlarda sistit riski daha yüksəkdir.
Həkim sonda vurğulayıb ki, qorunmayan cinsi əlaqə zamanı mikroblar qadınların sidik kanalına asanlıqla düşür və bu da iltihabi xəstəliklərin yaranmasına səbəb olur.