Məşhur müğənni 60 min manatlıq qəbir HAZIRLATDIRIR: məzarın xüsus kodu, lifti olacaq - VİDEO

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy özü üçün xüsusi məzar hazırlatdırıb.

Məşhur müğənni 60 min manatlıq qəbir HAZIRLATDIRIR: məzarın xüsus kodu, lifti olacaq - VİDEO
Türkiyənin məşhur sənətçisi Bülent Ersoy özü üçün xüsusi məzar hazırlatdırıb.

meqale.com xəbər verir ki, məlumata görə, sənətçi hələ sağlığında məzarının dizaynı və texniki xüsusiyyətləri ilə bağlı göstərişlər verib. Hazırlanan məzarın özünəməxsus kod sistemi olacağı, həmçinin lift vasitəsilə qalxıb-düşməyin mümkün olacağı bildirilib.

Bülent Ersoya aid olduğu deyilən bu məzarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Video qısa zamanda böyük marağa səbəb olub və istifadəçilər arasında geniş müzakirələr yaradıb. Bəziləri sənətçinin bu addımını fərqli və qeyri-adi hesab etsə də, digərləri bunu onun həyata və ölümə özünəməxsus baxışının göstəricisi kimi dəyərləndirib.

Qeyd edək ki, Bülent Ersoy tez-tez fərqli açıqlamaları ilə gündəmə gəlir.