Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - FOTO
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi.
Qeyd edək ki, 18 yaşlı Müşfiq 1991-ci ildə qəfil vəfat edən əmisinin adını daşıyırmış.
Belə ki, M.Mirəlioğlu 1991, 2009-cu illərdə ardıcıl olaraq oğulları Müşfiq və Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni itirib.