Nazir müşaviri fond rəhbəri oldu
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.
meqale.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bu vəzifəni tutacaq.
Qeyd edək ki, daha əvvəl sözügedən vəzifəni Elnur Nəsibov icra edirdi.
Bu barədə ilk xəbəri "Azərbaycan Universitetləri" səhifəsi yayıb.