Məşhur aktyor reanimasiyaya yerləşdirildi - FOTO
Məşhur türkiyəli aktyor Murat Cemcir qəfil pisləşərək xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyada müalicə olunur.
meqale.com xəbər verir ki, türk kinosunun tanınmış simalarından olan Murat Cemcir qəflətən özünü pis hiss edib və daxili qanaxma şübhəsi ilə xəstəxanaya çatdırılıb. 49 yaşlı aktyorun vəziyyəti həm sənət camiası, həm də tamaşaçılar tərəfindən diqqətlə izlənir.
Məlumata görə, aktyor 27 noyabr yaxınlarının çağırışı ilə təcili yardım vasitəsilə Maslakdakı özəl xəstəxanaya aparılıb.