“Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib” - FOTO
Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb.
meqale.com xəbər verir ki, vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb.
Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:
"Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbur qapını qırıb açıblar, görüblər ki, ikisi də rəhmətə gedib. Evdə oğlu və gəlini olub. Qonşuya da deyiblər, amma artıq gec imiş".