"Həftənin 5 günü keçmiş ərimlə qalıram"
Müğənni Ümman verdiyi açıqlama ilə gündəmə gəlib.
meqale.com-ın məlumatına görə, sənətçi qonaq olduğu "Öz aramızda" verilişində bildirib ki, hərçənd boşanıblar, lakin keçmiş həyat yoldaşı ilə eyni evdə yaşayırlar.
Ümman bunun səbəbini övladının atasına olan bağlılığı ilə əlaqələndirib və onların mehriban şəkildə ayrıldıqlarını vurğulayıb:
"Sakitcə bir evin içində otururam deyirəm ki, uşağımın atasıdır. Mənim ayrıca evim var. Ancaq uşağım burada məktəbdə oxuduğu üçün həftənin 3-5 günü keçmiş ərimlə qalıram. Övladım atasından ayrılmır. Mənimlə ümumiyyətlə getmir. Ona hər istədiyini alıb. Azərbaycanda bundan sonra belə olacaq. Son zamanlar insanlar mehribancasına ayrılırlar".
Qeyd edək ki, müğənni əvvəllər tanınmış prodüser Rəhman Əliyevlə ailəli olub. R. Əliyev həm də Xalq artisti Tünzalə Ağayevanın ilk həyat yoldaşı kimi tanınır.