Keçmiş əri tərəfindən ölümlə hədələnir - Ebrudan şok AÇIQLAMA - FOTO

Türkiyəli model Ebru Şallı boşanma prosesinin davam etdiyi əri Uğur Akkuşla bağlı önəmli açıqlama verib.

Keçmiş əri tərəfindən ölümlə hədələnir - Ebrudan şok AÇIQLAMA - FOTO
Türkiyəli model Ebru Şallı boşanma prosesinin davam etdiyi əri Uğur Akkuşla bağlı önəmli açıqlama verib.

meqale.com türk mediasına istinadla xəbər verir ki, Şallı son zamanlar özünə, ailəsinə və ətrafına ünvanlanan təhdidlər, saxta ittihamlar və təhqiredici mesajlar aldığını açıqlayıb.

O, sosial media hesabından verdiyi yazılı açıqlamada Uğur Akkuşun son 3 aydır ətrafdakılara narahatedici mesajlar göndərdiyini, sosial şəbəkələrdə insanlara böhtan atdığını və ölümlə hədələdiyini bildirib.

Şallı bu vəziyyətin özünü, ailəsini və yaxınlarını çox incitdiyini bildirib. O, bütün qanuni addımları atdığını da vurğulayıb.

Şallı bu prosesdə dəstək və anlayış göstərənlərə təşəkkür edib.