Türkiyədə məhkəmə binasında partlayış - Çox sayda yaralı var - VİDEO
Şanlıurfanın Haliliye rayonunda ədliyyə binasının zirzəmisində partlayış baş verib.
meqale.com xəbər verir ki, hadisə yerinə çoxlu sayda tibb və polis qrupları göndərilib, çoxlu sayda yaralının olduğu bildirilir.
Hadisə Şanlıurfa Ədliyyəsinin Haliliye rayonu Paşabahçe məhəlləsindəki seyfdə baş verib.
Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb.