Səidə Quliyeva: “Oğlum hər gün məni yoxlayır”

Xalq artisti Səidə Quliyeva verilişlərin birində oğlu barəsində danışıb.

Səidə Quliyeva: “Oğlum hər gün məni yoxlayır”
Xalq artisti Səidə Quliyeva verilişlərin birində oğlu barəsində danışıb.

meqale.com xəbər verir ki, aktrisa bildirib ki, oğlu ailə qursa da, özü ayrı yaşayır:

"37 yaşımda ana olmuşam, bunu heç vaxt problem saymamışam. Oğlum mənim üçün çox dəyərlidir. Ailəli olsa da, sərbəst yaşamasını istəmişəm. Mən öz evimdə qalıram, amma o hər gün mənim halımı soruşmağa gəlir. Hazırda İncəsənət Universitetində baş müəllim işləyir".

Səidə Quliyeva ekran işlərində qonorarların aşağı olmasından da narazılıq edib:

"Filmlər, tamaşalar az çəkilir. Keyfiyyətsiz layihələrə getmirəm. Təklif edilən qonorarlar məni qane etmir. Bahalılıq var, aktyorlar da çətinlik çəkir. Bir layihəyə gündəlik 3 min manat istədim, buna görə məni dəvət etmədilər. Vaxtilə az pula çox işləmişəm, indi isə özümü qorumalıyam. Aktrisaların ev almaq imkanı belə yoxdur, qəpik-qəpik pul yığırıq".