Nazirlikdə yeni təyinat
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
meqale.com unikal-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmrinə əsasən, Nurlan Şakir oğlu Verdiyev Nazirliyin Aparatında yeni yaradılan Aqroparklarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Nurlan Şakir oğlu Verdiyev 4 sentyabr 1985-ci il tarixində Şəmkir rayonunun Düyərli kəndində ziyalı ailəsində anadan olub.
Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsini müvafiq olaraq bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomları ilə bitirib.
Çin Xalq Respublikasının Harbin Ticarət Universitetində "Biznes məlumatlarının toplanması, sistemləşdirilməsi və təhlili", həmçinin Hindistan Respublikasının Caypuriya İdarəetmə İnstitutunda "Yaradıcı və innovativ müəssisənin inkişafı" adlı ixtisasartırma proqramlarını başa vurub.
Nurlan Şakiroğlu eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi kimi də fəaliyyət göstərir.
İngilis və rus dillərini bilir.
Ailəlidir. 2 övladı var.