Bu kənddə qonaqlara ayı əti yedirirlər
Yaponiyanın şimalındakı Aomori kəndində vəhşi ayı əti turistlərə təqdim edilməyə başlayıb.
meqale.com xəbər verir ki, kənddə "Matagi" adlanan peşəkar ovçular qanuni icazə və kvotalar çərçivəsində ayıları ovlayır.
Məlumata görə, ayı əti restoran və yerli müəssisələr üçün gəlir mənbəyi yaratmaqla yanaşı, qida israfının qarşısını almağa da xidmət edir.
Ət tünd və özünəməxsus dadlıdır, adətən xüsusi yeməklərdə təqdim olunur.
Təşəbbüs həm yerli iqtisadiyyatı gücləndirməyi, həm də ovçuluğun mədəni irsini qorumağı hədəfləyir.