Bu addımına görə Senatdan uzaqlaşdırıldı - FOTO
Avstraliyada illərdir ictimai yerlərdə üzü tam örtən geyimlərin qadağan edilməsini müdafiə edən Senator Polin Hanson 2017-ci ildəki çıxışına bənzər bir addım ataraq bu dəfə də Senatın iclasına çarşabla daxil olub və müzakirələri yenidən alovlandırıb.
meqale.com xəbər verir ki, senator parlamentdə çarşaba yer olmadığını bildirib.
Hanson ictimai yerlərdə üzü tam örtən geyimlərin qadağan edilməsini tələb edib və bu cür geyimlərin qadınların iş tapmasını çətinləşdirdiyini iddia edib.
Digər senatorlar Hansonu irqçiliklə günahlandıraraq onun bu hərəkətini qınayıblar.
Hanson bildiribki, bu cür geyimlər qadınlara qarşı basqının göstəricisidir, Avstraliya mədəniyyətinə inteqrasiyaya mane olur, qadınların iş tapmasını çətinləşdirir və müasir Qərb cəmiyyətində yeri yoxdur.
Hansonu tənqid edən digər senatorlar onun Avstraliyadakı dini azlıqların yox edilməsinə yönəlmiş bir kampaniya apardığını iddia ediblər.