Oğuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Oğuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB
Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan  "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.