Türkiyədə gündəm olan ailənin ölüm səbəbi bəlli oldu

İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim edib.

Türkiyədə gündəm olan ailənin ölüm səbəbi bəlli oldu
İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim edib.

meqale.com xəbər verir ki, rəydə ailənin yediyi yeməklərdə və qan nümunələrində heç bir zəhərin aşkar edilmədiyi, lakin qaldıqları otel otağından götürülən nümunələrdə fosfin maddəsinin tapıldığı bildirilib. Mütəxəssislər ailənin fosfin qazından öldüyünə dair güclü sübutların olduğunu qeyd ediblər.

Ailənin qəti ölüm səbəbi isə Adli Tibb 1-ci İxtisas Şurasının yekun rəyindən sonra müəyyən ediləcək.

Fosfin (PH₃) - rəngsiz, çox zəhərli və yanıcı qazdır.

Aşağı konsentrasiyada belə nəfəsə çəkilməsi ölümə səbəb ola bilər. İnsan orqanizmində ən çox ağciyər, ürək və sinir sisteminə zərər vurur. Adətən taxıl və digər kənd təsərrüfatı məhsullarının zərərvericilərdən təmizlənməsi üçün istifadə olunan fümigasiya prosesində yaranır. Havadan ağır olduğuna görə otağın aşağı hissələrində yığılır və təhlükə yaradır.

Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.

Ailənin qaldığı oteldə eyni otaqda qalan 2 turist də oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilmişdi. Polis araşdırmasından sonra otel müvəqqəti olaraq bağlanıb.

İstintaq çərçivəsində 11 nəfər saxlanılıb.

Midyəçi, lokumçu, kokoreççi və kafe sahibi həbs olunub.

Dərmanlama şirkətinin sahibi, şirkət əməkdaşları, həmçinin otel işçiləri haqqında da həbs qərarı elan olunub.