"iPhone 17"nin rəngi 2 aya soldu - FOTOFAKT
iPhone 17 Pro və Pro Max modelləri ilə bağlı yeni problem gündəmə gəlib.
meqale.com xəbər verir ki, son günlər sosial şəbəkələrdə cihazın "Cosmic Orange" adlanan rəng örtüyünün adi nəm salfetlərlə silindikdə boyasının solduğu barədə məlumatlar yayılıb.
Bir istifadəçi telefonunu spirt və ya peroksid tərkibli salfetlə təmizlədikdən sonra rəng qatının tamamilə soyulduğunu və alüminiumun açıq-aşkar göründüyünü bildirib.
Qeyd edək ki, bundan əvvəl bəzi iPhone 17 Pro Max qurğularında oksidləşmə izləri müşahidə olunmuşdu. Lakin rəngin bu qədər asanlıqla sıradan çıxması gözlənilməz hesab olunur.
Apple şirkəti məsələ ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, "iPhone"un yeni modelləri iki ay əvvəl, sentyabrda təqdim olunub.