Qazaxıstanda güclü yanğın: 9-u uşaq olmaqla 12 nəfər öldü
Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
meqale.com xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Evdən huşsuz vəziyyətdə üç nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9-u uşaq olmaqla, 12 nəfərin meyiti aşkar olunub.
Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu barədə başsağlığı verib.